Alimlər at anticisimləri əsasında koronavirusa qarşı dərman hazırlayırlar
18.09.2020 08:37

Kosta-Rika Elmi-Texniki İnstitutundan olan alimlər at ancisimləri əsasında koronavirusa qarşı dərman hazırlayırlar. Bu barədə məlumat “Scientific American” nəşrində yer alıb.

 

Aztibb.az "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, məqalədə verilən məlumata görə, tədqiqat zamanı altı ata laboratoriya şəraitində əldə edilmiş SARS-CoV-2 zülalı yeridilib. Atlardan üçünə zülalın bir hissəsi, digərlərinə koronavirusun dörd zülalından ibarət kombinasiya vurulub. İki həftədən bir edilən dörd peyvənddən sonra atlarda anticisimin lazımi səviyyəsi yaranıb.

 

Sonra əczaçılıq zavodunda atların qanından götürülüb, plazma eritrosidlərdən, habelə antitel plazmadan ayrılıb və insanlar üzərində sınaq aparmaq üçün uyğun olan tərkib əldə edilib. Klodomiro Pikado İnstitutunda mikrobioloq və COVID-19 layihəsində aparıcı tədqiqatçı Alberto Alape Xiron bildirib ki, at antiteli olan bir flakon təqribən 100 dollar olacaq, insan anticismi əsasında preparatlar isə 10 dəfə bahadır.

 

Alimlərin fikrincə, belə texnologiya daha ucuz və sürətlidir. Lakin çatışmayan cəhəti ondadır ki, bəzi insanlarda bu, allergik reaksiya törədə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır