Gəncə Şəhər Birləşmiş Xəstəxanası Perinatal mərkəzdə “Ana və uşaq otağı” istifadəyə verilib
30.06.2022 10:42

Körpələrini ana südü ilə qidalandırmaları üçün qadınlara dəstəkverici mühit yaratmaq məqsədilə Gəncə Şəhər Birləşmiş Xəstəxanası Perinatal mərkəzdə “Ana və uşaq otağı” istifadəyə verilib.

 

Aztibb.az-ın məlumatına görə, burada yeni ana olan qadınlar arasında körpələri ana südü ilə qidalandırma və onun faydaları haqda düzgün, asan başa düşülən məlumatlar təbliğ edilir.

 

“Ana və uşaq otağı”nda, həmçinin körpələrə qulluq göstərilməsi qaydaları da izah olunur.