Ağstafa Rayon İcra Hakimiyyəti yanında "İctimai Şura"nın üzvləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar
24.06.2022 10:37
Ağstafa Rayon İcra Hakimiyyəti yanında "İctimai Şura"nın üzvləri Ağstafa Rayon Mərkəzi Xəstəxanasında monitorinq keçiriblər.
 
Şura üzvləri, ilk olaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasında yaradılmış şəraitlə tanış olublar.
 
Baş həkim Həcər Namazova, Xəstə xidmətləri şöbəsinin müdiri Polad Poladov, Terapiya şöbəsinin müdiri, həkim-nevropatoloq Vüqar Əliyev, lor həkimi Sevinc Həsənova, TTTY şöbəsinin müdiri Şəfiqə Məmmədova, Ağstafa RMX-nın anbar müdiri Elmir Vəlizadə və digər tibb işçiləri ilə birgə müzakirələr aparılıb, xəstəxanadakı ümumi vəziyyətə baxış keçirilib.
 
Monitorinq zamanı xəstəxanaya müraciət edən vətəndaşlar həkim və xidmət məmnunluğunu dilə gətiriblər.
 
Daha sonra Şura üzvləri xəstələrin qidalanması, onların yataqxanadakı vəziyyətləri ilə yaxından tanış olublar.
 
Yekunda müraciət və təkliflər şura üzvləri tərəfindən fərdi qaydada qəbul edilərək nəzarətə götürülüb. Hər bir təklif və müraciətlə bağlı müzakirələr aparılacağı və aidiyyəti üzrə müvafiq məlumatların veriləcəyi bildirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır