Göbəyindən 1 həftədir dayanmadan irin gələn körpə uğurla əməliyyat olunub - Mərkəzi Klinikada
23.06.2022 11:29
Göbəyindən 1 həftədir bol miqdarda irin gələn və qızdırması olan 3 aylıq körpə Mərkəzi Klinikada uğurla əməliyyat edilib. 
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın uşaq cərrahı Fuad Hüseynov məlumat verib. 
 
F.Hüseynov bildirib ki, körpənin valideynləri bundan əvvəl digər xəstəxanalara müraciət ediblər və körpəyə fərqli dərman müalicələri aparılıb. Valideynləri irinin getdikcə artığını və körpənin vəziyyətinin pisləşdiyini görüb Mərkəzi Klinikaya müraciət ediblər.
 
Aparılan müayinələr zamanı məlum olub ki, körpəni bu vəziyyətə salan səbəb anadangəlmə qüsurdur. Sidik kisəsi ilə göbək kordonunu bağlayan yolun bağlanmaması nəticəsində əmələ gələn infeksiyalaşmış Uraxus kistasıdır.
 
"Öncə irin tamamilə boşaldılıb və antibiotik müalicəsinə başlanılıb. Lakin belə vəziyyətdə gözləməklə yenə eyni halın təkrarlanma və bədxassəli şişə çevrilmə ehtimalı yaranır. 
Bu səbəbdən cərrahi əməliyyat qərarı verilib, əməliyyatla kista tamamilə çıxarılıb, patohistologiyaya göndərilib", - deyə F.Hüseynov bildirib. 
 
1 gün sonra körpə bütün riskləri geridə qoyaraq tamamilə sağlam şəkildə evlərinə yola salınıb. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib