Forum iştirakçıları cərrahiyyə əməliyyatları, müalicə və müayinələr aparıblar
19.06.2022 21:21

Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forumda iştirak edən yüksəkixtisaslı həkimlər Naxçıvanın bir neçə səhiyyə müəssisəsində cərrahiyyə əməliyyatları, müalicə və müayinələr aparıblar.

 

Aztibb.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev və onun rəhbərlik etdiyi yüksəkixtisaslı həkim briqadası qalxanabənzər vəzidən əziyyət çəkən 3 nəfərdə cərrahiyyə əməliyyatı aparıb, 15 ambulator xəstənin müalicə və müayinəsi həyata keçirilib, onlara müvafiq tibbi məsləhət və tövsiyələr verilib.

 

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Azərbaycan Tibb Universitetinin həkim-mütəxəssisləri, mama-ginekoloqları, Diaqnostika Müalicə Mərkəzində isə Qaradəniz Texniki Universitetinin və Bakı şəhərində yerləşən “West Hospital”ın həkimləri tərəfindən pasiyentlərlə maarifləndirici söhbətlər aparılıb, xəstələr tibbi müayinələrə cəlb edilib, onlara müalicələr təyin olunub.

 

Muxtar respublikanın mühüm sağlamlıq turizmi obyektlərindən olan Duzdağ Fizioterapiya Mərkəzinə gələn forum iştirakçılarına məlumat verilib ki, mərkəz 1979-cu ildən Naxçıvan duz mədəni bazasında xəstəxana kimi fəaliyyətə başlayıb. Müstəqilliyimizin bərpasından sonra burada kompleks quruculuq işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin edilib. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Hazırda ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır