ATU Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq edəcək
18.06.2022 14:33

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olublar.

 

Ali təhsil ocağında ilk dəfədir keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində universitetin Diplomatiya kabinəsində ikitərəfli görüş keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qonaqları salamlayıb, hər iki ali təhsil ocağının birgə təşkilatçılğı ilə keçirilən forumun işinə uğurlar arzulayıb. Universitetin maddi-texniki bazası, ixtisasları, beynəlxalq əlaqələri haqda məlumat verən rektor ali təhsil ocağında qurulan Texnopark və onun fəaliyyət sahələri haqda danışıb, beynəlxalq əməkdaşlıq məsələləri qonaqların diqqətinə çatdırılıb.

 

Elbrus İsayev universitetdə Azərbaycan və ingilis dilində tədrisi həyata keçirilən ixtisaslar haqda məlumat verib, yeni açılan ixtisaslar və gələcək perspektivlərdən bəhs edib.

 

Görüş zamanı regionda ingilis dilinin fəaliyyətinə xüsusi dəstək məqsədilə ali təhsil ocağında qurulan IELTS qeydiyyat və imtahan mərkəzinin üstünlükləri və muxtar respublika təhsil sisteminə verəcəyi perspektivlər qeyd olunub.

 

NDU-nun rektoru ali təhsil ocağında artıq 23 ildir fəaliyyət göstərən Tibb fakültəsinin muxtar respublika səhiyyəsinə verdiyi töhfələri diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın səhiyyə sisteminin kadrla təminatı baxımından 80 faizdən çox tibb personalı məhz universitetin tibb məzunları hesabına həyata keçirilir. Rektor qeyd edib ki, fakültə yarandığı dövrdən etibarən qardaş Türkiyə Universitetləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulub və hər il müəllim tələbə heyəti ilə birgə həmin universitetlərdə təcrübə keçmək imkanı əldə edirlər. Bildirilib ki, universitetdə 32 ixtisas üzrə rezidentura təhsili həyata keçirilir.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilk dəfədir ki, NDU-da olmaqdan məmnun olduğunu dilə gətirib. O, Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin yarandığı gündən başlanan bu əlaqələrin daha da inkişaf etdiyini bildirib. Professor hər iki universitet arasında uzun illərdir davam edən birgə əməkdaşlıq məsələləri barədə məlumat verib. Qeyd edib ki, ölkədə tibb təhsili üzrə ilk universitet olan Azərbaycan Tibb Universiteti 1930-cı ildən ayrıca institut kimi fəaliyyətə başlayıb. Universitetdə mövcud fakültələr haqda məlumat verən Gəray Gəraybəyli ayrıca olaraq Hərbi Tibb fakültəsinin xüsusi rolu olduğunu qeyd edib. Professor gələcəkdə də yeni ixtisaslar üzrə proqramlar hazırlandığını diqqətə çatdırıb.

 

Vurğulanıb ki, xarici ölkələrdən professor müəllim heyətinin universitetə dəvət olunması və təcrübə mübadiləsi Tibb təhsilində beynəlxalq təcrübənin bölüşdürülməsi baxımından çox əhəmiyyətlidir.

 

Rektor ali təhsil ocağında 6 dissertasiya şurasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Həmçinin Naxçıvan Dövlət Universitetinə də gələcəkdə bu sahədə xüsusi dəstək göstərilməsi qeyd olunub.

 

Sonra hər iki universitet arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub və memorondum imzalanıb.

 

Sənəddə təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirilməsi, birgə elmi tədqiqatların aparmaq, müştərək layihələrin həyata keçirilməsi, elmi-tədqiqat məlumatlarının, texniki materialların və kadr mübadiləsinin aparılması, konqres, konfrans, simpozium, seminar və. s kimi birgə elmi yığıncaqların təşkili, prioritet innovativ layihələrin hazırlanması kimi məsələlər əksini tapıb.

ÇOX OXUNANLAR
Ali Səhiyyə Menecmenti Akademiyasının III sessiyasına qeydiyyat başlayıb
D vitamini çatışmazlığı sümüklərin sağlamlığına necə təsir edir?
Böyük ölçülü exinokokk kisti tam laparoskopik üsulla uğurla əməliyyat edilib - Diaqnoz Tibb Mərkəzində 
Naxçıvanın Babək rayonunda növbəti tibbi müayinə aksiyası keçirilib
Qubadlının Qəzyan kəndində 55-dən çox hərbiçiyə təmənnasız stomatoloji xidmət göstərilib
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses  
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə Qazaxıstanın tibb müəssisələri arasında əməkdaşlıq memorandumları imzalanıb
Göygöl Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası
Könüllü qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının ən effektiv modelidir - MÜSAHİBƏ
Göygölün Zurnabad kəndində tibbi aksiya: 223 pasiyent ödənişsiz müayinə və konsultasiya olunub
NDU-nun Tibb fakültəsinin tələbələri Akdeniz Universitetində klinik təcrübələrini uğurla davam etdirirlər
Erkən diaqnoz və düzgün müalicə pnevmoniyanın ağırlaşmalarının qarşısının alınmasında mühüm rol oynayır
Pirallahı Tibb Mərkəzində könüllü qanvermə aksiyası keçirilib
Burun tənəffüsünün pozulmasından əziyyət çəkən pasiyent üzərində müasir endoskopik cərrahi əməliyyat uğurla icra olunub
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla icra olunub