Şamaxı Diaqnostika Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar tədbir baş tutub
18.06.2022 09:40

İyunun 17-də Şamaxı Diaqnostika Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, "Şamaxı Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn və xəstəxananın kollektivi iştirak edib.

 

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan "Şamaxı Mərkəzi Rayon Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn ümummilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı müstəsna xidmətlərindən bəhs edərək, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, pandemiya və müharibə dövründə səhiyyə işçilərinin fədakar əməyindən söhbət açıb, peşə bayramı münasibətilə əməkdaşları təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Daha sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturunun yenilənməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. İcra başçısı cəmiyyətin inkişafında tibb işçilərinin rolunun əhəmiyyətindən bəhs edərək əlamətdar gün münasibətilə səhiyyə işçilərini təbrik edib.

 
Tədbirdə çıxış edən həkimlər respublikada, o cümlədən rayonda səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, həmkarlarına bu çətin və fədakar yolda uğurlar arzulayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır