Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub - Saatlı rayonunda 
17.06.2022 16:08
Saatlı rayonunda 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
 
Əvvəlcə iştirakçılar Saatlı şəhərinin Heydər Əliyev Meydanında ucaldılan Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
 
Tədbirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonun tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib, bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıb.
 
O, son illərdə ölkəmizdə səhiyyənin inkişaf səviyyəsinin dünya standartlarına cavab verdiyini, hazırda respublikamızda ən mürəkkəb və unikal tibbi əməliyyatların belə yüksək peşəkarlıqla həyata keçirildiyini, səhiyyənin bütün sahələri üzrə ixtisaslı kadrların yetişdirildiyini vurğulayıb, bütün bu uğurların Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və gərgin fəaliyyətinin nəticəsi olduğunu qeyd edib.
 
Daha sonra bir qrup tibb işçisinə səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır