Naxçıvanda çalışan tibb işçilərinin sayı AÇIQLANIB  
17.06.2022 10:32

Hazırda Naxçıvan Muxtar Respublikasında 215 tibb müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 718 həkim, 2 min 196 orta tibb işçisi çalışır.

 

Bu barədə Aztibb.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

 

Qeyd edilir ki, muxtar respublikada tibb müəssisələrində fəaliyyət göstərən tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksək olmasının nəticəsi kimi, artıq Naxçıvanda TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, göz və digər mürəkkəb cərrahi əməliyyatlar aparılır.

 

İcbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikada göstərilən tibbi xidmətin keyfiyyəti artırılıb, mərkəzi xəstəxanalarda müvafiq şöbələr yenidən təşkil edilərək tibb müəssisələrində “Səhiyyə İnformasiya İdarəetmə Sistemi” yaradılıb. Hazırda muxtar respublikada icbari tibbi sığortanın tətbiqi uğurla davam etdirilir.

 

Qeyd edək ki, 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır