Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində endoprotezləşmə əməliyyatı həyata keçirilib
16.06.2022 16:00

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində Artroplastika (endoprotezləşmə) əməliyyatı icra olunub.

 

Bu barədə Aztibb.az -a Xəstəxanadan məlumat verilib.

 

Bildirilib ki, uzun illərdir diz oynağında yaranmış problemlərdən əziyyət çəkən şəhər sakini Namiq Löymanov kifayət qədər maddiyyat tələb edən endoprotezləşmə əməliyyatı üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanada icbari tibbi sığorta çərçivəsində pasiyentin diz qapağına implant qoyulub.

 

Hazırda Namiq Löymanov özünü yaxşı hiss edir.

 

O, sadə vətəndaşlar, xüsusilə də aztəminatlı ailələr üçün tibbi xidmətləri əlçatan etdiyinə görə ilk növbədə ölkə başçısına, İTS-nın və TƏBİB-in rəhbərliyinə, həmçinin Mingəçevir ŞMX-nın kollektivinə təşəkkürünü bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır