17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
17.09.2020 11:00

17 sentyabr bütün dünyada Ümumdünya Pasiyent Təhlükəsizliyi Günü kimi qeyd olunur.

 

Hər il tibbi yardım göstərilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığına görə, dünyada milyonlarla pasiyent zərər görür. Aşağı-orta gəlir səviyyəsi olan ölkələrdə isə 2,6 milyon insan həlak olur. Dünya miqyasında pasiyentlərə vurulan zərərin sosial və iqtisadi fəsadları bir neçə trilyon dollarla ölçülür.

 

2019-cu il sentyabrın 17-də Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyətinin diqqətini bu ciddi problemə cəlb etmək üçün tarixdə ilk dəfə olaraq Dünya Pasiyentlərin Təhlükəsizliyi Günündə həmin sahədə qlobal həmrəylik kampaniyasına başlamışdı.

 

Bu il isə Pasiyentlərin Təhlükəsizliyi Günündə dünya ictimaiyyətinin diqqətini daha bir ciddi problemə cəlb etmək üçün qlobal kampaniya “Səhiyyə işçilərinin təhlükəsizliyi pasiyentlərin təhlükəsizliyinin təmin edilməsində prioritetdir” adı altında keçiriləcək.  Əsas məqsəd COVID-19 pandemiyasına qarşı mübarizədə bu məsələnin aktuallığını bir daha önə çəkməkdir.

 

Qeyd edək ki, Dünya Pasiyentlərin Təhlükəsizliyi Günü 2019-cu ilin mayında Dünya Səhiyyə Assambleyasının 72-ci sessiyasında təsis olunub.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır