Saatlı və İmişli rayonlarında onkoloji müayinə aksiyaları keçirilib
13.06.2022 17:19
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Milli Onkologiya Mərkəzi (MOM) və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) birgə təşkilatçılığı ilə 7-10 iyun tarixlərində Saatlı və İmişli rayonlarında onkoloji müayinə aksiyaları keçirilib.
 
Müayinələr Saatlı rayonunun Fətəli, İmişli rayonunun Qızılkənd kəndində müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin qeyd edilən rayonların mərkəzi xəstəxanalarında təşkil olunub.
 
Şişönü, şiş xəstəliklərinin erkən aşkarlanması və vaxtında dəqiq müayinə, eləcə də müalicəsinin aparılması məqsədilə keçirilən aksiyalardan, ümumilikdə 700-dən çox vətəndaş yararlanıb.
 
Milli Onkologiya Mərkəzinin peşəkar həkim heyəti tərəfindən ultrasəs, rentgen, ginekoloji, mamoqrafiya, baş-boyun sahələri üzrə aparılan profilaktik onkoloji müayinələrin nəticələrindən asılı olaraq xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Mərkəzə dəvət edilib, digər patologiya aşkar edilən xəstələr isə müvafiq profilli xəstəxanalara yönləndiriliblər.
 
RİİB könüllüləri vətəndaşların müayinələrə cəlb edilməsi və digər təşkilati işlərə dəstək olublar.
 
Qeyd edək ki, aksiyanın digər regionlarda da keçirilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır