Qan Donorları Assosiasiyasının sədri: Qanvermənin insan sağlamlığına böyük faydası var - MÜSAHİBƏ
14.06.2022 11:04

Hər il bütün dünyada 14 iyun tarixi Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu günün keçirilməsi qərarı 2005-ci ilin mayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında qəbul edilmiş könüllü qan donorluğunu dəstəkləyən bəyanatda verilib. Qan Donoru Gününün təsis olunmasında əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, həyatı xilas etmək, sağlamlığın səviyyəsini artırmaq üçün qan donorluğuna yeni insanları cəlb etməkdir.

 

Ümumdünya Qan Donoru Günü çərçivəsində müsahibimiz “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov Aztibb.az-ın suallarını cavablandırıb.

 

  1. Fuad müəllim, “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin fəaliyyəti barədə məlumat verərdiniz.

 

İlk öncə 14 iyun Ümumdünya Qan Donorları Günü münasibətilə bütün könüllü donorları təbrik edirəm. Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də müxtəlif maarifləndirici tədbirlərlə qeyd olunur. Qan Donorları Assosiasiyası 2008-ci ildən fəaliyyət göstərir və etiraf etmək lazımdır ki, bu illər ərzində həyata keçirdiyi layihələrin hər biri cəmiyyətimizin həssas qrupuna (qan xəstəliklərindən əziyyət çəkən insanlar) dəstək olub. Birliyin yalnız ölkə daxilində deyil, eyni zamanda ölkə xaricində də fəaliyyət göstərir. Biz bir çox beynəlxalq layihələrin müəllifi və icraçısı olmuşuq. Fəxarət hissi ilə qeyd etmək istərdim ki, bu günə qədər səkkiz dəfə Gənc Qan Donorlarının Beynəlxalq Forumunda ölkəmizi təmsil etmişik və 2019-cu ildə eyni layihəyə ev sahibliyini etmişik. 2019-cu ildən Beynəlxalq Gənclər Komitəsinə təşkilatın fəal üzvü Nərmin Rəhimova sədrlik edir və hazırda Çilidə yaşayır. Bütün bu uğurların sayını artırmaqla qeyd etmək olar.

 

  1. Qan donoru olmaq üçün kimlər müraciət edə bilər? Hansı hallarda müraciət edənlərin donor olmasına icazə verilmir?

 

Çox əhəmiyyətli sualdır, çünki gənc nəsil daim maariflənməlidir. Sağlamlıq imkanı icazə verən hər kəs qan donoru ola bilər. Qanvermə çox humanist bir addımdır və addıma qərar verən insanlara böyük hörmətlə yanaşırıq. Amma donor olmaq üçün boy ölçüsü və çəki əhəmiyyət kəsb edir. Boyu 160-dan yuxarı, çəkisi 60 kq-dan yuxarı olan insanlar eyni zamanda qan xəstəliyinə (viruslar) malik olmayan şəxslər rahatlıqla qan bankına yaxınlaşıb qanvermədə iştirak edə bilər. Qeyd etmək lazımdır ki, qanvermənin insan sağlamlığına böyük faydası var. Çünki bütün bədən hüceyrələri yenilənir və yeni qan orqanizmdə daha yaxşı dövr edir. Kişilər ildə 3 dəfə xanımlar isə 4 dəfə rahatlıqla könüllü qanverməyə qatıla bilərlər.

 

  1. Qan verməzdən öncə hansı qaydalara riayət etmək vacibdir?

 

İlk öncə qan verməyə gedən insan tam yuxu ehtiyacını almalıdır. 48 saat ərzində spirtli içki qəbul etmiş insanın qan verməsi düzgün deyil. Qan verən insan qidalanıb qanvermədə iştirak etməlidir. Əks halda qanvermədən sonra ürəkgetmə ola bilər. Əgər donor yaxın üç ay ərzində qan veribsə ona yenidən qan vermək olmaz. Bu onun sağlamlığına ziyandır. Hamilə qadınlara və yeni tibbi əməliyyat olunmuş insanlara qan vermək qadağandır. Digər hallarda qan vermə aksiyalarına rahatlıqla qatılmaq olar.

 

  1. Ölkəmizdə insanların qan donorluğuna münasibətini necə qiymətləndirirsiniz? Qan donoru olmaq üçün müraciət edənlərin sayı kifayət qədərdirmi?

 

Bu sual bizə çox ünvanlanır, amma hər zaman cavablar fərqli olur. Məsələn, Ramazan ayında, yay aylarında qan verən insanların sayı azalır. Düzdür, bunun səbəbləri də var. Amma bir şeyi bilmək lazımdır ki, qan insana onun həyatı təhlükədə olduğu halda köçürülür. Qan yoxdursa demək xilas etmək də mümkün deyil. Ölkəmizdə qan ehtiyatları qan ehtiyacından həmişə az olub. Çünki ölkədə minlərlə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar var və onlar qan ayda bir neçə dəfə köçürülür. Bizim insanlar qan vermək üçün daim dəvət gözləyir. Bu isə istənilən cəmiyyət üçün problemdir. Qan vermə artıq bir bir mədəniyyətə çevrilməlidir. İnsan həyatı xilas etmək üçün dəvət gözləmək yalnışdır. Amma artıq qan verəcəyi günün əzbər bilən daimi donorlarımız da az deyil. İstənilən halda hər bir donora təşəkkür edirik. Onlar sözün əsl mənasında qəhrəmandırlar. Biz onları “qan xeyriyyəçiləri” adlandırırıq. Çünki “donor” sözünün mənası da “iyanəçi” deməkdir.

 

  1. Azərbaycanda əhalinin qan donorluğu ilə bağlı maarifləndirilməsi səviyyəsini qənaətbəxş hesab edirsinizmi? “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin bu istiqamətdə gördüyü işlərdən bəhs edərdiniz.

 

Maarifləndirmə hər zaman yenilənməlidir və bu işdə KİV-in də üzərinə məsuliyyət düşür. Bizdə efir məkanlarında donorluğu təbliğ edən verlişlər demək olar ki, mövcud deyil. Sosial öhdəlik tam icra olunmadığından bu biz – vətəndaş cəmiyyətlərinin də yükünü artırır. Qan Donorları Assosiasiyası yalnız maarifləndirmə işləri deyil, eyni zamanda donorların motivasiya olunması üçün onlara olan diqqət və qayğını göstərmək üçün müxtəlif yerli və beynəlxalq düşüərgələr, istirahət layihələri həyata keçirir. Bir necə ay öncə tərəfimizdən Gənc Qan Donorlarının III Ümumrespublika Forumunu həyata keçirdik. Bu regiondan gələn gənclərin aralarında kommunikasiya üçün əhəmiyyət kəsb edirdi. Özəl qrumlar və dövlət qrumlarını bu layihələrin icrasında bizə dəstək olmağa dəvət edirəm. Bizim fəaliyyətin kökündə genafondun qorunması dayanır. Gələcək nəsilin sağlam böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik.

 

  1. Hazırda Qan Donorları Assosiasiyası hansı yeni layihələrin üzərində çalışır?

 

Hazırda bir neçə yerli və beynəlxalq layihələrin icrası üçün Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Gənclər Fondu və bir çox qurumlara müraciətlərimiz olub. Alacağımız müsbət cavablardan aslı olaraq layihələrimizin icrasına başlayacağıq. Gənclərin inteqrasiyası üçündə bu tip layihələr vacibdir. Ümid edirəm ki, layihələrimiz dəstəklənəcəkdir.

 

Fürsətdən istifadə edərək daim bizim fəaliyyəti gündəmda saxlayan və missiyamızı həyata keçirməkdə təşəbbüskar olan Aztibb.az saytının kollektivinə təşəkkürümü bildirirəm.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib