Əsgərlərimizə şəfqət yayan tibb bacısı - SEVDA ƏSGƏROVA
09.06.2022 16:54
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında Gəncə şəhər Birləşmiş Xəstəxanasının böyük tibb bacısı Sevda Əsgərovanı oxucularımıza təqdim edirik.
 
Sevda Əli qızı Əsgərova 1968-ci ildə qərbi Azərbaycanda anadan olub. 1985-1988-ci illərdə Şimali Qazaxıstanın Tibb Texnikumunda təhsil alıb.
 
O, 1994-cü ildə tibb bacısı kimi Abbas Səhhət adına xəstəxanada fəaliyyətə başlayıb. Hazırda Gəncə şəhər Birləşmiş Xəstəxanasının tibb bacıları şöbəsinin böyük tibb bacısıdır. Sevda Əsgərova 2006-cı ildə "İlin tibb bacısı" adına layiq görülüb.
 
26 sentyabr 2020-ci ildə hərbi vəziyyətlə əlaqədar Daşkəsən rayonuna ezam olunan Sevda Əsgərova oradakı tibb müəssisəsində yaralı əsgərlərə xidmət göstərib.
 
Böyük Vətən müharibəsində yaralı əsgərlərə ilkin tibbi yardım göstərən şəfqət bacısının özünün də dediyi kimi: “Vətən müharibəsində birgə qalibiyyət qazanmışıq”.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır