Gəncədə fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib
09.06.2022 14:55
AQTA əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami küçəsi, ev 70 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədova Fidan Çingiz qızına məxsus "Nostalji" restoranında həyata keçirilmiş planlı yoxlama zamanı mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
 
Belə ki, soyuducu kameralarda qida xammalı və yarımfabrikatların hazır yeməklərlə birgə saxlanıldığı, sanitar qovşağına girişin birbaşa emal və istehsal prosesləri gedən sahələrdən olduğu, mətbəxdə məişət tullantıları üçün hermetik zibil qabların quraşdırılmadığı, eyni zamanda işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
 
Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi  sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır