“Həkimlərimizi tanıyaq!” rubrikası - Ümumi cərrah Ceyhun Rəsulov 
08.06.2022 21:06
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Ceyhun Rəsulov haqqında məlumatları təqdim edirik.
  
Ceyhun Fərrux oğlu Rəsulov 5 mart 1982-ci ildə Şəmkir rayonunda anadan olub. 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2005-2006-cı illərdə Moskva Dövlət Universitetində internatura keçib. 2007-2009-cu illərdə Milli ordu sıralarında həkim zabit kimi hərbi xidmətdə olub.
 
O, 2009-cu ildən Şəmkir RMX-da həkim-cərrah kimi fəaliyyət göstərir.
 
2009-cu ildə Türkiyənin Ankara, 2010-cu ildə Samsun, 2017-2021-ci illərdə İstanbul şəhərlərində keçirilən ixtisaslaşma kurslarında iştirak edib.
 
Ceyhun Rəsulov 2017-ci ildə Şəmkir RMX-nın Cərrahiyyə şöbəsində ilk dəfə olaraq Laporaskopik cərrahiyyə əməliyatını həyata keçirib.
 
Tovuz döyüşləri və II Qarabağ döyüşlərində həkim kimi fəal iştirak edən cərrah Prezident İlham Əliyev tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Ceyhun Rəsulovun Qarabağ döyüşlərindən sonra hərbi rütbəsi yüksələrək “ Baş Leytenant “ hərbi rütbəsinə layiq görülüb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır