Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib
03.06.2022 20:30

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.

 

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən və “Sağlam gələcək” devizi altında təşkil olunan aksiyada rayonun Quşçu, Çovdar, Çaykənd, Şadax və digər kəndlərinin azyaşlı sakinləri 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanıblar.

 

Cərrahiyə, pediatriya, terapiya, endokrinologiya, hepatologiya, LOR, kardiologiya, urologiya, həmçinin onkologiya sahələri üzrə ixtisaslaşmış peşəkar həkim heyəti uşaqları müayinə edib, onlara ambulator müalicə-profilaktik xidmətlər göstəriblər. Azyaşlılar fiziki müayinələrlə yanaşı, instrumental (EXO, EKS, ultrasəs və s.), eləcə də laborator müayinələrdən yararlanıb, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.


Aksiyanın ilk günündə Daşkəsən rayonu ərazisində yaşayan şəhid ailələrinin üzvləri müayinə prosesinə cəlb edilib. Düşərgədə körpələr üçün nağıl qəhrəmanları və cizgi film personajlarını canlandıran animatorlar tərəfindən əyləncəli oyunlar təşkil edilib, azyaşlılara müxtəlif oyuncaqlar və dərs ləvazimatları hədiyyə olunub. Layihə çərçivəsində, ümumilikdə 600 nəfərdən çox sakin müayinədən keçirilib.

 

Sosial aksiya “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi bölgədə yaşayan ailələrin qayğı ilə əhatələnməsi, uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır.

 

Qeyd edək ki, səyyar tibbi müayinə aksiyası sözügedən qurumlar tərəfindən Daşkəsən rayonunda ikinci dəfədir həyata keçirilir. Ötən il birgə təşkil edilən aksiya 7 Aprel – Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş və 3 gün davam edən layihə çərçivəsində bütün yaş qrupları üzrə 450 nəfərdən çox Daşkəsən rayonu sakininə ambulator müalicə-profilaktik xidmətlər göstərilmişdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır