"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Allahverdi Alıyev 
04.06.2022 11:40
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxananın Təcili və Tibbi Təxirəsalınmaz Yardım şöbəsinin müdiri Allahverdi Alıyev haqqında məlumatları diqqətə çatdırır.
 
Allahverdi Salman oğlu Alıyev 29 fevral 1956-cı ildə Ağdam rayonunda anadan olub. 1974-1980-ci illərdə N.Nərimanov adına Tibb Universitetinin Müalicə-proflaktika fakültəsində təhsil alıb. 1980-ci ildə Mingəçevir ŞMX-da internatura keçib.
 
O, 1981-ci ildə Mingəçevir ŞMX-nın Poliklinika şöbəsində həkim-terapevt kimi əmək fəaliyyətinə başlayıb. 1983-cü ildə Mingəçevir ŞMX-nın Qastroentrologiya şöbəsində həkim-ordinator işləyib. 1985-ci ildə həmin xəstəxananın Nefrologiya şöbəsinə müdir təyin olunub. 2017-ci ildə Mingəçevir şəhərində İcbari Tibbi Sığortanın pilot lahiyə kimi tətbiq edildiyi zamandan Səhiyyə Xidmətləri Təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
Allahverdi Alıyev, həmçinin 2021-ci ildən Mingəçevir ŞMX-nın TTTY şöbəsində şöbə müdiri kimi fəaliyyət göstərir. Eyni zamanda, 1989-cu ildən Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədridir.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır