Alimlərdən könüllülərə müraciət - SARS-Cov-2-yə qəsdən yoluxun!
17.07.2020 14:39

100-dən çox elm adamı, o cümlədən 15 Nobel mükafatı laureatı kliniki peyvəndin inkişafını sürətləndirmək üçün könüllüləri qəsdən SARS-Cov-2-yə yoluxmağa çağırıb.

 

Aztibb.az CNN-ə istinadən xəbər verir ki, məktub ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) direktoru Frensis Kollinsə ünvanlanıb.

 

Alimlər bunun vaksinlərin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirməyə kömək edəcəyini bildirib.

 

Məktubda qeyd edilib:

 

“Bu gün dünyanın müxtəlif ölkələrində insidensiyanın azalması müşahidə olunur və sınaqların keçirilməsi üçün yoluxmanın artmasını gözləmək düzgün deyil. Bu, bir çox epidemioloqun proqnozlaşdırdığı pandemiyanın "ikinci dalğa"sı ərəfəsində xüsusilə vacibdir. Ona görə də, hazırkı şəraitdə könüllülərin qəsdən yoluxması kliniki sınaqların etikasını pozmur.

 

Kütləvi istifadə üçün yaradılacaq peyvəndin sürətli inkişafının faydası, bu tədqiqat metodu ilə əlaqəli risklərdən üstündür.

 

Könüllülərin qəsdən yoluxması metodundan digər təhlükəli infeksiyalara - malyariya, tifo və qripə qarşı peyvəndlərin hazırlanmasında istifadə edilib.

 

Qeyd edək ki, məktub tədqiqatda iştirak edən 2000 könüllü tərəfindən imzalanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır