Uzun müddət koma vəziyyətində qalan qazi Yaqub Qəhramanlı şəhidlik zirvəsinə ucalıb  
30.05.2022 01:00

Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb.

 

Şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana hospitalında və İstanbul cərrahiyə xəstəxanasında müalicə alıb, hazırda isə müalicəsini Azərbaycanda davam etdirirdi.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır