Tibb Universiteti əməkdaşının 5 məqaləsi xarici jurnallarda nəşr olunub
16.09.2020 00:55

Azərbaycan Tibb Universitetinin (ATU) "Ağız və üz çənə cərrahiyyəsi" kafedrasının assistenti t.ü.f.d. Məhəmməd Davudovun son 1 ildə PubMed, İSİ indeksasiyalı nüfuzlu elmi jurnallarda 5 məqaləsi çap edilib. Bu jurnallar ABŞ, Britaniya, Kanada, İran kimi ölkələri və Cənub Şərqi Asiya və Avstraliya Xərçəng Cəmiyyətini rəsmi olaraq təmsil edir.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, jurnallarda dərc olunan məqalələr doktor M.Davudovun Tehran Tibb Elmləri Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən aparılan elmi tədqiqat işini əhatə edir. Elmi məqalələr əsasən ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin öyrənilməsinə, eləcə də ağız xərçənginin cərrahi müalicəsində tətbiq edilən müxtəlif plastik rekonstruktiv əməliyyatların nəticələrinin qiymətləndirilməsinə həsr edilib.

 

Həmçinin, ağız xərçəngi olan xəstələrdə həyat keyfiyyətinin qiymətləndirilməsi üçün Avropa Xərçəng Tədqiqatı və Müalicəsi Cəmiyyətinin tətbiq etdiyi sorğu anketlərinin ilk dəfə Azərbaycan dilində versiyası hazırlanaraq cəmiyyət tərəfindən rəsmi olaraq təsdiq edilib. Qeyd edək ki, doktor M.Davudov bu cəmiyyət tərəfindən müəlliflik şəhadətnaməsi də alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır