“Teknofest Azərbaycan”a TƏBİB-in təcili yardım briqadaları təhkim olunublar
26.05.2022 16:50
Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.
 
Bakı Kristal Zalı və Dənizkənarı Milli Park ərazisində keçirilən “Teknofest Azərbaycan”-da 2 həkim məntəqəsi (hərəsində 4 həkim olmaqla – pediatr, terapevt, travmatoloq, nevropatoloq və 2 tibb bacısı) fəaliyyət göstərir.
 
Həmçinin, ərazidə 2 Təcili və Təxirəsalınmaz Tibbi Yardım postu (hər postda 3 ambulans avtomobili, hər ambulansda 2 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla) öz işinə başlayıb.
 
Festival müddətində (26-29 may) briqadalar fəaliyyətlərini davam etdirəcəklər.
 
Qeyd edək ki, “Teknofest” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir və ilk dəfə bu il xaricdə - Azərbaycanda təşkil olunur.
 
“Teknofest Azərbaycan”ın yerli təşkilatçısı isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib