UNESCO, UNICEF və ÜST ekspertlərindən məktəblər üçün tövsiyələr  
15.09.2020 17:28

Maskalardan istifadə edilməsi, otaqların müntəzəm olaraq təmizlənməsi və havalandırılması, əlləri tez-tez yumaq, müəllimləri və şagirdləri kiçik qruplara bölmək, fiziki məsafəyə riayət etmək – bu və digər tədbirlər məktəblərdə koronavirusun yayılmasının qarşısını almağa kömək edəcək.

 

Aztibb.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Təhsil, elm və mədəniyyət məsələləri üzrə ixtisaslaşdırılmış idarəsinin (UNESCO), BMT Uşaq Fondunun (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri yeni tədris ilinin başlanması ilə əlaqədar bir sıra tövsiyələrini açıqlayıblar.

 

Bu üç təşkilatın birgə bəyanatında deyilir: “Ölkələr məhdudiyyətləri yumşaltmaqda davam edirlər. Biz uşaqların təhsilini üstün tutmalıyıq. Məktəblər bağlı olanda uşaqlar təcrid olunur...”. Ekspertlər xatırladırlar ki, yoxsul ölkələrdə və bu cür regionlarda məktəblərin bağlanması uşaqların çoxu üçün ciddi fəsadlar doğura bilər – onlar məktəb naharlarından, tibbi yardım almaq imkanından məhrum ola, zorakılığın və istismarın qurbanlarına çevrilə bilərlər.

 

UNESCO, UNICEF və ÜST nümayəndələri bildiriblər: “Zəruri texnologiya, müvafiq qurğular və dəstək vasitələri olmadan evdə təhsil almaq çoxları üçün ciddi stress mənbəyinə çevrilib. Bir sıra ölkələr uşaqların məktəbə qayıtması və tədris məşğələlərinə başlaması üçün bizim tövsiyələrdə əks olunmuş prinsipləri tətbiq edirlər”.

 

Ekspertlər hansı hallarda məktəblərin tamamilə, hansı hallarda qismən açıla biləcəyi barədə məlumat verir, növbəli təlimə keçməyi və başqa ehtiyat tədbirləri tətbiq etməyi məsləhət görürlər. Məsələn, yeni yoluxma hallarının olmadığı və ya belə halların tək-tək baş verdiyi rayonlarda təhsil müəssisələri tamamilə açıla bilər.

 

Mütəxəssislər həm siniflərdə, həm də dəhlizlərdə və digər otaqlarda azı bir metr fiziki məsafə saxlamağı tövsiyə edirlər. Onların fikrincə, şagirdlərin sayı çox olan sinifləri qruplara bölmək üçün mümkün qədər çox müəllim və könüllü cəlb edilməsi zəruridir.

 

Ekspertlər onu da xatırladırlar ki, məktəblərin müdiriyyəti şagirdlər arasında zəruri informasiyanı yaymalı, şagirdlərin böyük qruplar şəklində toplaşmaması üçün müvafiq tədbirlər görməlidirlər.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
Birinci Moskva Dövlət Tibb Universitetinin dosenti Bakı Sağlamlıq Mərkəzində olub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
İnsult xəstələrinə evdə necə qulluq edilməlidir?
Yenidoğulmuş uşağı necə çimizdirmək lazımdır? - Pediatr Məhsəti Nəcəfova açıqladı
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası təşkil olunub
Qastrit və xora zamanı necə qidalanmalı?
Laçın RMX-da akademik Zərifə Əliyevaya həsr olunmuş oftalmoloji müayinələr təşkil olunub
Şamaxıda minimal invaziv cərrahiyyəyə həsr olunan 12-ci regional konfrans keçirilib  
 ATU-nun əməkdaşı Ege Universitetində akademik fəaliyyət göstərib   
 Respublika Neyrocərrahiyyə Xəstəxanasında təlim: “Tibbi tullantıların idarə edilməsi”
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib