Vətən müharibəsi qazisi Qazax rayon Mərkəzi Xəstəxanasında uğurla əməliyyat olunub
22.05.2022 12:43

"İkinci Qarabağ müharibəsi qazisi Bəxtiyar Murğuzov Qazax rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə daxil olmuşdur. Müharibə zamanı mərmidən aldığı zərbə nəticəsində qarın boşluğunda çoxsaylı və əhatəli nazik bağırsğı deşilmişdir. Qazi iki dəfə əməliyyat olunmasına baxmayaraq əməliyyatdan sonra fəsadlaşmalar olmuşdur".

 

Bu barədə Aztibb.az-a Qazax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

 

Bildirlib ki, evdə vəziyyəti ağırlaşan Bəxtiyar Murğuzov xəstəxanaya gətirilib və həkim-cərrah Sarif Orucov tərəfindən dərhal əməliyyata alınıb. Əməliyyat zamanı onda bağırsağın qanqrenası (60 sm-ə qədər) aşkar edilib. Qanqrenoz ilgəklər kəsilib götrülüb, yenidən nazik bağırsaq ucluqlarına anastamoz qoyulub. Qarının ön divarının qreftlə bərpası icra olunub.

 

Qeyd olunub ki, əməliyyatdan sonra qazimizin vəziyyəti normaldır. O, hazırda müalicəsini evdə davam etdirir. Bəxtiyar Murğuzov sağlamlığına yenidən qovuşduğu üçün İcbari Tibbi Sığortaya təşəkkürünü bildirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır