Rəşad Mahmudov Şuşa Modul Tipli Xəstəxananı ziyarət edib
22.05.2022 00:12

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim, t.e.d. Rəşad Mahmudov Şuşa Modul Tipli Xəstəxanada olub.

 

Bu barədə həkim sosial şəbəkədə məlumat paylaşıb.

 

Rəşad Mahmudov Şuşa Modul Tipli Xəstəxanada xoş təəssuratlar yaşadığını qeyd edib. Bildirib ki, hər cür tibbi avadanlıq və sərf materialla təciz olunmuş xəstəxanada tibb personalının tərkibinə travmatoloq, ümumi cərrah, kardioloq, revmatoloq, anestezioloq-reanimatoloq, funksional diaqnostika həkimi, orta və kiçik tibb işçiləri, eləcə də qeyri-tibb işçiləri daxildir.

 

Onun sözlərinə görə, vətəndaşlar burada İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində olan tibb xidmətlərdən yararlana bilirlər.

 

"İstər COVID-19-la mübarizədə, istərsə müharibə dövrü, eləcə də hazırda canla başla, gecə-gündüz demədən əhaliyə tibbi xidmət göstərən hər bir kəsə dərin minnətdarlığımızı bildiririk", - deyə Rəşad Mahmudov əlavə edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır