Pediatr Pərvin Paşayeva - Peşəkar həkimlərimizi tanıyaq!
17.05.2022 11:37

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin həkimi, peşəkar pediatr Pərvin Paşayeva haqqında məlumatları təqdim edir.

 

Pərvin Üzeyir qızı Paşayeva 1980-ci ildə Mingəçevir şəhərində anadan olub. 1997-2003-cü illərdə Azərbaycan Dövlət Tibb Univeristetinin Pediatriya fakültəsində təhsil alıb.

 

O, 2004-cü ildə Mingəçevir “Ana və Uşaq” MSM-nin Poliklinika şöbəsində həkim-pediatr kimi əmək fəaliyyətinə başlayıb. 2006-2010-cu illərdə Yəmən Respublikası Sana şəhəri Al-Mutavakel hospitalında pediatr vəzifəsində çalışıb. 2011-ci ildə yenidən Mingəçevirə qayıdaraq “Ana və Uşaq” MSM-də fəaliyyətini davam etdirib. 2017-ci ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində işləyir.

 

Pərvin Paşayeva mütamadi olaraq keçirilən elmi konfranslarda, seminarlarda, kurslarda iştirak edir.

 

Onu da qeyd edək ki, Pərvin Paşayeva Yəmən Respublikasında çalışarkən pediatrik ultrasəs müayinəsi üzrə təkmilləşib. Daim ixtisası üzrə yeni biliklərə yiyələnməyi, öyrənməyi üstün tutan Pərvin həkim uşaqlarda müxtəlif pediatrik xəstəliklərin profilaktikası, uşaqlar arasında çox yayılmış pnevmaniyalar, yuxarı tənəffüs yollarının kəskin infeksiyaları, anemiyalar, inkişaf ləngimələri, allergik xəstəliklərin müalicəsi ilə məşğul olur. 

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub