28 iyun - Beynəlxalq Neonatal Skrininq Günüdür
28.06.2022 08:48
1916-1995-ci illərdə yaşamış amerikalı mikrobioloq Robert Guthrie yenidoğulmuş körpələrdə fenilketonuriya xəstəliyini aşkarlamaq üçün skrininq test mümunələrini hazırlamışdır. Körpələrdən götürülən qan nümunələrini asanlıqla toplamaq, daşımaq və sınaqdan keçirə bilmək üçün "Guthrie kartları" adlandırılan xüsusi filtr kağızları hazırlayan Robert fenilketonuriya ilə yanaşı, qalaktozemiya xəstəliyini də vaxtında aşkarlamaq məqsədilə skrininqin vacibliyinə dair məlumatlılığı artırmaq üçün çalışmışdır.
1947-ci ildə oğlu John əlil dünyaya gəldikdən sonra o, yenidoğulanlarda əqli geriliyin səbəbləri və profilaktikası ilə maraqlanmağa başlamışdır. Neonatal skrininqin təməlini qoyanlardan olsa da, heç vaxt övladının əlillik səbəbini müəyyən edə bilməmişdir.
Qardaşının 15 aylıq qızına fenilketonuriya diaqnozu qoyulandan sonra Robert bu sahəyə diqqəti daha da artırmağa başlamışdır. Həmkarları ilə birlikdə araşdırmalar apardıqdan sonra belə qənaətə gəlmişdi ki, fenilketonuriya xəstəliyinin ağırlaşmasının ən əsas səbəbi vaxtında aşkarlana bilməməsidir. Əgər vaxtında diaqnoz qoyulsa, bu genetik xəstəliyin sadəcə xüsusi pəhrizlə ağırlaşmasının qarşısını almaq mümkündür.
Yenidoğulan körpənin dabanından götürülən qan nümunəsi ilə aparılan skrininq testi metodunu ilk dəfə Nyu-York şəhərində yerləşən tibb müəssisələrinin birində sınaqdan keçirən R.Guthrie fenilketonuriya olduğu bilinən xəstələri və əvvəllər bu diaqnoz qoyulmamış 4 xəstəni düzgün müəyyənləşdirdi. Artıq 1961-ci ildə Guthrie sürətlə genişlənən bu layihə ilə körpələri müayinə etməyə başlamışdır. İki il ərzində 400000 amerikalı yenidoğulan körpə test olunmuş və onlardan 39-a qoyulan erkən fenilketonuriya diaqnozu ilə ağırlaşmaların qarşısı alınmışdır.
1960-cı illər ərzində bir çox yerlərdə skrininq testi artıq dövlət proqramı səviyyəsində icra olunurdu.
R.Guthrienin doğulduğu tarix - 28 iyun dünyada ilk dəfə 2021-ci ildə Beynəlxalq Neonatal Skrininq Günü qeyd olunmuşdur. Günün əsas məqsədi neonatal skrininqin zəruriliyi haqqında məlumatlılığın artırılması, mövcud skrininq proqramlarında təkmilləşdirmələrin və irəliləyişlərin təşviq edilməsidir.
Bu bölməyə aid digər xəbərlər
Dr. Məhərrəm Müzəffərov anesteziologiya, intensiv terapiya, kardioanesteziya və kritik vəziyyətlərin idarə olunması sahələrində fəaliyyət göstərir
24.10.2026 | 12:40
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
24.10.2026 | 12:21
Kimya İnstitutunun alimləri korroziya problemlərinin həlli istiqamətində tədqiqatlarını təqdim ediblər
22.10.2026 | 11:32
Şəkərli diabet xəstələrinin dərman təminatı ilə bağlı maarifləndirici tədbir keçirilib
19.10.2026 | 13:27
Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
18.10.2026 | 09:14
Azərbaycan alimləri Özbəkistanda ölkəmizi elmini uğurla təmsil ediblər
14.10.2026 | 17:24
Tibb dünyasının məşhur “Guyton”- u Azərbaycan dilində
13.10.2026 | 12:58
Şəkidə yaşlı və əlilliyi olan pasiyentlər evlərində ziyarət edilib
10.10.2026 | 12:08
Bakı Sağlamlıq Mərkəzində maarifləndirici seminar təşkil olunub
02.10.2026 | 09:38
Azərbaycanda bu il 1 meyitdən ürək transplantasiyası həyata keçirilib
29.09.2026 | 12:15
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

