Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
10.05.2022 18:21
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirilib.
 
Xəstəxananın direktoru Əbdülqədir Sultanov ulu öndər Heydər Əliyevin səhiyyə sisteminin inkişafı, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması  sahəsindəki  xidmətlərindən danışıb.
 
Daha sonra çıxış edən Mingəçevir ŞMX-nın Müalicə işləri üzrə direktor müavini, baş həkim Ülfət Qurbanov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin tibb sahəsində həyata keçirdiyi islahatların səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdığını vurğulayan Ü.Qurbanov Ulu Öndərin səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirdiyini qeyd edib.
 
Mingəçevir ŞMX-nın İnzibati işlər üzrə direktor müavini Fuad Məmmədov qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, demokratik, hüquqi dövlət quruculuğunda,o cümlədən ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb: “Heydər Əliyev o qədər dahi şəxsiyyət idi ki, onun güclü, möhkəm iradəsi naminə, dərin siyasi bilikləri naminə bu günkü çiçəklənən, günü-gündən inkişaf edən Azərbaycanda yaşayırıq. Mən fəxr edirəm ki, xalqımızın belə bir əvəzedilməz lideri olub. Həm də özümü şanslı sayıram ki, Heydər Əliyev dövründə yaşamışam, onun siyasətinin bəhrəsinin canlı şahidi olmuşam.”
 
Yeni Azərbaycan Partiyasının fəal üzvü, Mingəçevir ŞMX-nin Maliyyə şöbəsinin rəhbəri Vüsal Alşanov isə çıxışında ümummilli lider Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai, siyasi, mədəni həyatında yeni bir tarix yaratdığını vurğulayıb.
 
Mingəçevir şəhərinin fəal qadınlarından olan, həkim Nurcamal Məmmədova dahi şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salaraq deyib: “Ulu öndər Heydər Əliyev dahidir. Azərbaycanın siyasət arenasında, siyasi tarixində, siyasət müstəvisində “dahi” sözünü yalnız ulu öndər Heydər Əliyevin adı və soyadı qarşısında işlətmək olar. “Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. Dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.”
 
Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açan Mingəçevir SİHİ şurasının sədri Allahverdi Alıyev bildirib ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan sədr dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışdı.
 
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.
 
Tədbirdən sonra xəstəxana ərazisində ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub