Uşaqlara balıq yağı vermək vacibdirmi?
14.09.2020 16:12

Aztibb.az xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə "Facebook" sosial şəbəkəsində məlumat paylaşıb. O, bildirib ki, düzgün qidalanma varsa, heç nəyə süni şəkildə gərək yoxdur. Uşaqlara verilən bütün preparatların içində müxtəlif qatqı maddələri (rəng, dad, aromatizator) olduğunu unutmamalıyıq. İl ərzində bir ay müddətində uşağa balıq yağı vermək effektiv deyil:


"Balıq yağının immuniteti gücləndirməsi, yaddaşı möhkəmləndirməsi və zehni bacarığı artırması barədə fikirlər yalnışdır. Bu yağlar tərkibində ağır metallar daşıya bilir. Çünki yaxşı balıq yağı, bədənində ağır metallar olan balıqlardan alınır. Bu zaman yağ ağır metallardan tam arındırılmaya bilir".

 

Pediatr bildirib ki, balıq yağının qəbulu hamiləlik zamanı və 3 yaşadək uşaqlara tövsiyə edilmir. Çünki ağır metallar uşağın beyin inkişafına mənfi təsir edə bilər.


"Balıq yağı daha çox ürək damar xəstəlikləri, piylənmə, metabolik sindrom profilaktikası, bədəndə omeqa tağ turşularının doğru balansının qorunması uçun orta və yaşlı insanların qəbulu üçündür. Həm də bu, ildə 1 ay deyil, aylarla, davamlı şəkildə qəbul edilməlidir", - deyə həkim əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub