40 illik təcrübəyə malik Kifayət Həsənova - "Həkimlərimizi tanıyaq!"
09.05.2022 10:53

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışında saytımızın oxucularına Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkimi Kifayət Həsənova haqqında məlumatları təqdim edirik. 

 

Kifayət Məmmədəli qızı Həsənova 11 fevral 1956-cı ildə Tovuz rayonunda anadan olub. 1975-1981-ci illərdə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb.

 

O, 1981-1986-cı illərdə Rusiya Federasiyasının Rostov-na-Don vilayətinin Volqadonsk şəhərində həkim-terapevt kimi fəaliyyət göstərib. 1986-cı ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-da həkim terapevt işləyib. 1987-ci ildən Mingəçevir ŞMX-nın Poliklinika şöbəsində sahə həkimi vəzifəsində çalışır.

 

Kifayət Həsənova 2017-ci ildən - İcbari Tibbi Sığortanın tətbiqindən sonra 1 saylı Ailə Sağlamlıq Mərkəzində ailə həkimi kimi fəaliyyətini davam etdirir.

 

Uzun illik təcrübəsinə əsaslanan həkim nəzarət etdiyi sahənin sakinlərini, sağlamlıqlarını ona etibar edən pasiyentlərini daim diqqətdə saxlamağı və onların səhətlərində yaranmış hər hansı bir dəyişikliyə zamanında müdaxilə etməyi üstün tutur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır