Şamaxıda şəhid ailələrinin üzvləri və qazilər üçün tibbi aksiya keçirilib  
07.05.2022 09:24
Mayın 6-da “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə Şamaxı rayonunda yerləşən Müalicə Diaqnostika Mərkəzində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib.
 
Aztibb.az-ın məlumatına görə, aksiya zamanı Şamaxı və ətraf rayonlarda yaşayan, qeyd edilən həssas kateqoriyalardan olan 200-ə yaxın vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib.
 
Bakıdan ezam edilən həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə kursları təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
 
RİİB könüllülərinin təşkiati dəstəyi ilə keçirilən müayinələrin digər regionalarda da aparılması nəzərdə tutulur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır