Həkim: "Yeniyetmələri ildə ən azı bir dəfə psixoloq və psixiatr müayinəsinə aparmaq tövsiyə olunur"
06.05.2022 11:13
Ötən il Azərbaycanda 612 özünüöldürmə və özünüöldürməyə cəhd hadisələri qeydə alınıb. Cari ilin əvvəlindən də gündəmi zəbt edən xəbərlərdən biri intihar xəbərləridir. İntihar edənlərin yaşının azlığı isə artıq həyəcan təbili çalmağa məcbur edir.
Aztibb.az xəbər verir ki, bu mövzuda psixiatr Bəxtiyar Mustafayev müsahibə verib:
Niyə yeniyetmələrdə tez-tez intihar barədə düşüncələr olur?
– Yeniyetməlik uşaqlıqla yetkinlik arasında keçid dövrü olduğu üçün orqanizmdə olan ən böyük dəyişiklik bu dövrdə olur. Bu yaş dövründə olan uşaqlarda depressiyaya düşmə səbəbləri də müxtəlifdir: ailə daxili münaqişələr, özünün azad fikri olmaq istəyi və valideynlərin bunu çox hallarda anlayışla qarşılamamaları, ilk sevgi və ayrılıqlar, imtahanla bağlı aşırı stress. Nəticə etibarilə bu problemlərlə mübarizə apara bilməyən əksər yeniyetmələr çıxış yolu kimi intiharı seçirlər.
Valideynlər övladında intihar düşüncəsinin yaranmasını necə hiss edə bilərlər?
– İntihar edən insan çox hallarda əvvəlcədən dolayı və ya açıq şəkildə xəbərdaredici davranışlarla bunu ətrafındakılara göstərir. Belə insanlarda ölüm haqqında çox danışmaq, gələcəklə bağlı çox ümidsiz olma, hər şeyin mənasız olmağı barədə fikirlər çox eşidilir. Bu yaş dövründə olan uşaqlarda depressiya əlamətləri daha çox dərsə getməmək istəyi, dərslərindən geri qalmaq, bütün günü otağına qapanıb heç kimlə danışmamaq, iştahın artması və ya azalması, yuxu rejiminin pozulması kimi özünü biruzə verir. Və bu: valideynlərin uşaqlarına qarşı daha diqqətli olmasına dair son xəbərdarlıqlardır,- deməkdir.
Uşaq valideynləri intiharla hədələsə, valideynlərin buna reaksiyası necə olmalıdır?
– İntihar fikirləri hər bir halda ciddi qəbul olunmalıdır. “Əşi, bu uşaq intihar edən deyil, bizi qorxutmaq üçün belə edir”, – bu sözlər uşağa daha çox təzyiq göstərir. Danlamaq əvəzinə, problem barədə açıq danışmaq və danışan zaman da onu həqiqətən anlamaq istədiyini, kömək etmək istədiyini ona hiss etdirmək lazımdır. Bu problemlər böyüklər üçün kiçik görünsə də, yeniyetmələr üçün çox böyükdür.
İntihar düşüncələrini birdəfəlik uşaqdan uzaqlaşdırmaq üçün nə demək və ya etmək lazımdır?
– Bu kimi problemlər zamanı ona dəstək olacaq mütəxəssislərə müraciət etmək lazımdır. Ümumiyyətlə, yeniyetmələri ən azından bir dəfə də olsa, profilaktika məqsədi ilə psixoloq və psixiatr müayinəsinə aparmalarını tövsiyə edirəm.
İntihar hadisələrinin xəbər portallarında və sosial şəbəkələrdə yayımlanmasına münasibətiniz necədir?
– Sosial şəbəkələr və televiziyada intiharla bağlı xəbərlərin tam detallarının paylaşılması, intihara necə hazırlıq görülməsi, hansı üsuldan istifadə edilməsi barədə məlumatların yayılması yolverilməzdir. Bu kimi xırdalıqlar intihar davranışlarının daha da artmasına səbəb olur. Bunun əksinə, intiharın çıxış yolu olmadığına dair daha geniş reportaj hazırlansa, daha yaxşı olar.
Abituriyent valideynlərinin imtahan ərəfəsində davranışı necə olmalıdır?
– Bizdə mentalitet olaraq el-aləmi fikirləşmək demək olar ki, şüuraltımıza yeridilib. Öz uşağımızı digər uşaqlarla müqayisə eləmək yeniyetmələrdə daha çox özgüvənsizliyin və depressiyanın yaranmasına səbəb olur. Valideynlər bunu etməklə rəqabət yaratdıqlarını düşünürlər, ancaq bu kimi hallar uşaqlara mənfi psixoloji təsir göstərir. “İmtahandan kəsilsən, evə gəlmə”, “Biz el-aləmin üzünə necə baxacağıq” kimi təkrar olunan fikirlər uşaqlarda imtahan zamanı aşağı nəticə göstərmələrinə səbəb olur. Çünki imtahan zamanı diqqətini cəmləyə bilmir. Aşağı nəticə göstərən uşaqlar isə bir sıra hallarda çıxış yolu kimi intiharı seçir. Valideynlər hansı nəticə olmasından asılı olmayaraq, hər bir halda övladının yanında olduqlarını hiss etdirməlidirlər. İmtahanın uğur qazanmaq üçün sadəcə vasitə olduğunu və uğura aparan bir çox yolun olduğunu da ona deməlidirlər. Əsas olan onun sağlamlığı və varlığıdır. Belə olan halda uşaqlar sevgi ilə böyüdükləri üçün həm özgüvənli olar, həm imtahanlardan daha yaxşı nəticə əldə edər.
Psixoloji dəstəyə ehtiyacı olan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qayğı” Çağrı Mərkəzinə (116 123) zəng edə bilərlər. Qeyd edək ki, son iki ayda sözügedən zəng mərkəzinə 1000-dən çox müraciət daxil olub.
Bu bölməyə aid digər xəbərlər
Təyyar Eyvazov: "Hepatit B virusunu tamamilə bədəndən yox etmək hələlik mümkün deyil"
30.10.2026 | 12:22
Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında əhəmiyyətlidir
26.10.2026 | 14:14
Müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb
12.10.2026 | 11:35
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
05.10.2026 | 11:31
Kardioloq: "Ürək üçün vacib olan meyvələr kalsium və kaliumla zəngin olmalıdır"
28.09.2026 | 13:33
90 yaşlı alimlə MÜSAHİBƏ
24.09.2026 | 14:05
Sümük iliyi transplantasiyası bir sıra genetik və onkohematoloji xəstəliklərin müalicəsində tətbiq olunur
21.09.2026 | 12:42
Səhiyyə idarəçiliyində verilən qərarlar mümkün qədər məlumatlara, araşdırmalara və sübuta əsaslanmalıdır - MÜSAHİBƏ
17.09.2026 | 10:30
Səhiyyə menecmenti sahəsini seçməkdə məqsədimiz idarəetmə ekosistemini gücləndirməkdir
16.09.2026 | 17:27
Yeniyetmələrdə hormonal və cinsi inkişaf mərhələlər üzrə izlənir və qiymətləndirilir
14.09.2026 | 12:01
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
25.10.2026 | 08:26

