Naxçıvanda tibb işçilərinin sertifikasiya imtahanlarına start verilib  
06.05.2022 10:41

Naxçıvan Muxtar Respublikasında mərkəzləşdirilmiş qaydada ilk dəfə tibb işçilərinin sertifikasiyası keçirilir. Məqsəd onların bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün müəyyən edilməsidir.

 

Aztibb.az-ın məlumatına görə, səhiyyə mütəxəssisləri peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 5 ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

 

Sertifikasiya test imtahanı formasında aparılır və iştirakçılara 90 dəqiqə vaxt verilir. 60 sualdan ibarət imtahanda hər düzgün cavab bir balla qiymətləndirilir. İmtahanda 40 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar. Sertifikasiya imtahanında iştirak etmiş şəxslərə imtahanın nəticəsi barədə arayış verilir. Sertifikasiyadan keçmiş şəxslər 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində və ya iş yerində təcrübədə olmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədilə ixtisasları üzrə növbəti imtahanda iştirak etmək üçün müraciət etməlidirlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri qanunvericiliyə uyğun olaraq tənzimlənir.

 

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən 5 il müddətində sertifikasiyadan keçmirlər.

 

Qeyd edək ki, tibb ixtisasları üzrə ali və orta ixtisas təhsilli şəxslərin sertifikasiyasının aparılması Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən həyata keçirilir.

 

Mayın 23-nə qədər davam edəcək və 1869 tibb işçisinin iştirak etməsi nəzərdə tutulan imtahanın nəticələri ilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında tanış olmaq mümkündür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır