Artrit ağrılarını azaldan təbii vasitə 
14.09.2020 10:19

Alimlər itburnu bitkisinin revmatoid artrit ilə əlaqəli ağrıları minimuma endirməyə kömək edən səmərəli vasitə olduğunu aşkar ediblər. 

 

Adətən bu vəziyyəti müalicə etmək üçün qeyri-steroid antiinflamatuar dərmanlar (QAİD) istifadə olunur. Bundan əlavə, xəstəliyi dəyişdirən dərmanlar və kortikosteroidlər təyin edilə bilər. Lakin bu müalicələrin çoxu qan təzyiqi, mədə xorası və qanaxma da daxil olmaqla xoşagəlməz təsirlərlə müşayiət edilir.

 

Aztibb.az medikforum.ru saytına istinadla xəbər verir ki, tədqiqatın müəllifləri araşdırmada revmatoid artritdən qaynaqlanan ağrıları azaltmağa qadir olan təbii maddələrdən olan itburnu meyvələrindən  bəhs ediblər. 

 

Alimlər revmatoid artrit xəstəsi olan 89 xəstənin iştirakı ilə nəzarət müayinəsi aparıblar. Könüllülərə altı ay ərzində itburnu meyvələrinin cövhəri və plasebo tərkibli əlavə veriblər. Nəticələr göstərib ki, itburnu qəbul edən qrupda oynaqların ağrısının 30% azalması və aktivlik səviyyəsinin yüksəlməsi qeydə alınıb.

 

Bu təbii vasitənin artrit zamanı ağrının azaldılmasına təsiri Skandinaviya və Almaniyada aparılmış əlavə tədqiqatlar ilə də yoxlanılıb. Onun ekstraktı ilə hazırlanmış əlavələrin oynaqlarda ağrı, sərtlik və şişkinliyi azaltmağa kömək etdiyi də təsdiqlənib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub