"Həkimlərimizi tanıyaq!" - Gənc vətənpərvər həkim Orxan Rzayev
27.04.2022 16:00
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının gənc həkimi Orxan Rzayev haqqında məlumatları təqdim edirik.
 
Orxan Dağlar oğlu Rzayev 25 aprel 1990-cı ildə Mingəçevir şəhərində anadan olub. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.
 
O, həkimlik fəlaiyyətinə 2014-cü illərdə Daşkəsən rayon N saylı Hərbi hissədə başlayıb, 2016-cı ilədək terapevt həkim kimi hərbi hissənin əməkdaşlarına xidmət göstərib.
 
Gənc həkim daim ixtisası üzrə kurslarda iştirak edərək peşəsini və təcrübəsini artırır. 2016-cı ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhər Gülhane Egitim və Araşdırma xəstəxanasında ixtisası üzrə kurs keçib. 2017-2020-ci illərdə Bakı şəhər Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkim terapevt işləyib. 2019-cu ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin Serenov adına Tibb Universitetində kurs keçib. 
 
Orxan Rzayev 20 sentyabr 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanıb, Suqovuşan və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Hərbi hissədən 01 yanvar 2021-ci ildə təxris olunub.
 
Azərbaycan Silahlı Qüvvələrinin zabiti, baş leytenant Orxan Rzayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Gənc həkim 2021-ci ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində çalışır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır