Azərbaycanda imtahan zamanı kütləvi zəhərlənmə
13.09.2020 08:38

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınıb. 

 

Aztibb.az xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

 

Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkmişlərə dərhal ilkin tibbi yardım göstərilib və zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik Xəstəxanalarına yerləşdirilib. Zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra zərərçəkmiş şəxslər evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi  və TƏBİB nümayəndələri zərərçəkmiş şəxslərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar.

 

“Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır