Gəncə şəhər Birləşmiş Xəstəxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub
26.04.2022 22:56

Gəncə şəhər Birləşmiş Xəstəxanasının təşkilatçılığı ilə görkəmli oftalmoloq həkim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar konfrans təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədov bildirib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb.

 

Daha sonra Akademik Z. Məmmədov adına xəstəxananın Oftalmoloji şöbəsinin müdiri Azər Məmmədov “Akademik Zərifə Əliyeva milli oftalmologiyanın banisidir” mövzusunda məruzə ilə çıxış edib.

 

Konfransda Oftalmoloji şöbənin digər əməkdaşları da görkəmli akademikin oftalmologiya elminin inkişafındakı rolundan bəhs ediblər.

 

Tədbirdə Zərifə хanımın mahir еlmi tədqiqatçı, Ulu Öndər Hеydər Əliyеvin ömür gün yоldaşı, sadiq dоst, əsl insanlıq nümunəsi olması xüsusi vurğulanıb.

 

Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır