Akademik Zülfüqar Məmmədov adına xəstəxana - YARANMA TARİXİ
26.04.2022 22:10

Akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Daha əvvəl tibb ocağı Kirovabad şəhər Təcili Tibbi Yardım xəstəxanası,1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanası adlandırılıb.


Aztibb.az-ın məlumatına görə, xəstəxana 2 korpusdan ibarətdir. Burada 1960-cı ildən Travmatologiya, Terapiya və yardımçı şöbələr, 1983-cü ildən isə Cərrahiyyə şöbəsi fəaliyyət göstərir.


Günün 24 saatı əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım göstərən xəstəxanada icbari tibbi sığortaya keçid ilə əlaqədar yeni şöbələr açılıb. Hazırda xəstəxanada Cərrahiyyə (buraya travmatoloji, otolorinqoloji və uroloji çarpayılar da daxildir) və onun bölmələri, Reanimasiya, Terapiya, Radiologiya, Fizioterapiya, Laboratoriya və onun bölmələri, Təcili yardım şöbəsi, eyni zamanda tibb müəssisəsinin nəzdində olan Poliklinika şöbəsi və onun bölmələri, həmçinin Vərəm, Endokrinoloji, Oftalmoloji, Pediatriya şöbələri fəaliyyət göstərir.


Akademik Z.Məmmədov adına xəstəxana Gəncə şəhərində fəaliyyət göstərən ən böyük xəstəxanalardan biridir. Burada uzun illər Gəncənin tanınmış həkimləri çalışıb. Bunlardan Qəzənfər Ələsgərov (baş həkim), Ənubət Nəzərli (baş həkim), Subatay Rzayev (cərrah), Balaxanım Yusibova (ginekoloq), Kamal İsmayılov (uroloq), Rauf Həsənov (uroloq), Çərgiz Novruzov (lor), Davud Həsənov (ginekoloq), Bəşir Abdullayev (terapevt), Eldar Həsənov (reanimatoloq), Cavad Əliyev (reanimatoloq), Telman Feyzullayev (travmatoloq), Kamil Həsənov (cərrah), Niyazi İbrahimov (cərrah), Könül Ələkbərov (reanimatoloq) və digərlərinin adlarının çəkmək olar.

 

Hazırda tibb müəssisəsində yenidənqurma işləri həyata keçirilir. Belə ki, Təcili yardım, Reanimasiya və Radiologiya şöbələri yenidən qurularaq əhalinin istifadəsinə veriləcək. Bununla yanaşı, xəstəxanada mərkəzləşmiş oksigen təminatı sistemi də qurulur.
Tibb müəssisəsinin xidmətindən nəinki Gəncə şəhəri, eləcə də ətraf rayonların əhalisi istifadə edir.

 

Ünvan: Fətulla Həsənov küçəsi 53
Elektron ünvan: gttyx@mail.ru
Əlaqə telefonu: (022) 256-87-55

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır