"Həkimlərimizi tanıyaq!" - Uzman həkim İlkin İsmayılov
22.04.2022 21:40

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışında uzman həkim, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəri, tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

İlkin İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alıb. Daha sonra universitetin Onkologiya kafedrasında internatura keçib.

 

O, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi cərrahiyyə sahəsində təhsilini davam etdirib. Həmin universitetdə uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra isə baş direktor vəzifəsində çalışıb.

 

2017-ci ildə dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda Tibb Universitetinin I Cərrahiyyə xəstəliklər kafedrasının doktorantıdır.

 

Uzman həkim bir sıra yerli və beynəlxalq konfrans və seminarlarda iştirak edib.

 

O, 2021-ci ildən Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Abbas Səhhət adına xəstəxananın rəhbəridir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır