Yeni ana olmuş qadınlar ana südünün faydaları haqqında məlumatlandırılıb - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası
18.04.2022 12:17
"Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Doğum şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin müdiri Aidə Məmmədova ənənəvi olaraq yeni ana olmuş qadınları ana südünün faydaları haqqında məlumatlandırıb.
 
Bu barədə Aztibb.az-a xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, həkim-pediatr Aidə Məmmədova ana südünün körpəni həyatının ilk altı ayında ehtiyac duyduğu bütün zəruri vitamin və qida ilə təmin etdiyini söyləyib. Qeyd edib ki, ilk aylarda ana südü ilə qidalanma körpə üçün vacibdir, çünki ana südü körpəninin zərərli viruslara və bakteriyalara qarşı mübarizə aparmasına kömək edir.
 
Onun szölərinə görə, asanlıqla həzm olunduğundan ana südü qəbizlik, ishal və ya mədə narahatlığına səbəb olmur. Bu isə, uşaqlara şəkərli diabet, yüksək xolesterol və iltihablı bağırsaq kimi bir çox xəstəliklərə qarşı immunitet yaratmağa kömək edir.
 
Eyni zamanda, təcrübəli pediatr gənc analara uşağı döşə düzgün qoyma qaydaları barəsində də faydalı məsləhətlərini verib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır