"Həkimlərimizi tanıyaq!" rubrikası - Təcrübəli kardioloq Fəxrəddin Namazov
18.04.2022 16:36
Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavini, Kardioloji xəstəxananın rəhbəri, həkim-kardioloq Fəxrəddin Namazov haqqında məlumatları təqdim edirik.
 
Fəxrəddin Namaz oğlu Namazov 2 noyabr 1952-ci il tarixində Samuxda anadan olub. Ali təhsilini 1971-1977-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində alıb. Universiteti bitirdikdən sonra fəaliyyətini Bakı şəhəri Təcili Tibbi Yardım Stansiyasında (1978-1984) davam etdirib.
 
O, 1984-1986-cı illərdə Ümumittifaq Kardiologiya Elmi Tədqiqat İnstitutunda, 1986-1987-ci illərdə A.Səhhət adına şəhər xəstəxanasında, 1987-1988-ci illərdə 2 saylı şəhər poliklinikasında, 1988-ci ildə Tibbi Bədən dispanserində, 1988-1989-cu illərdə yenidən A.Səhhət adına xəstəxanada, 1989-1992-ci illərdə isə Gəncə şəhər Rayonlararası Kardiologiya İnstitutunda həkim-kardioloq vəzifəsində çalışıb. 1992-1993-cü illərdə Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi kimi fəaliyyət göstərib.
 
Fəxrəddin Namazov artıq uzun illərdir ki, Kardioloji xəstəxananın rəhbəridir. Həmçinin Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktor müavinidir.
 
Bir sıra yerli və beynəlxalq kardioloji təlim və konqreslərdə iştirak edən həkim Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır