Azərbaycanlı alimin tədqiqatı nüfuzlu elmi jurnalda dərc edilib
11.09.2020 19:27

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin işemik beyin insultu keçirən xəstələrlə bağlı apardığı araşdırma bu sahə üzrə ixtisaslaşmış nüfuzlu jurnalda elmi tədqiqat kimi qəbul edilib.

Aztibb.az xəbər verir ki, elmi tədqiqatın "Journal of Stroke"da (impakt faktor 7,47) çap olunması dünyaca məşhur tibbi ekspertlər tərəfindən rəsmən təsdiqlənib.

Bu, qeyd olunan jurnalın azərbaycanlı alimdən beynin kəskin işemik insult xəstəliyinin müalicəsi ilə bağlı qəbul etdiyi ilk elmi tədqiqatdır.

Azərbaycanlı həkimin apardığı tədqiqatın ərsəyə gəlməsində isveçrəli və Avropanın müxtəlif inkişaf etmiş ölkələrindən olan dünyaca məşhur alimlər iştirak ediblər.

Tədqiqatda kəskin işemik insultlu xəstələr üçün ilk saatlarda tətbiq edilən əlavə müalicə metodundan bəhs olunur. Bu metodla həmin xəstələrdə müsbət nəticələrin qazanıldığı müəyyən edilir və insultdan ən az nevroloji defisitlə çıxmaq üçün ən səmərəli vasitə olduğu sübut edilir.

Qeyd edək ki, N.Abdullayev hələ 2016-cı ildə Azərbaycanda insult mərkəzlərinin təşkili ilə bağlı fikirlər irəli sürüb. O, bu istiqamətdə ölkəmizdə bir neçə beynəlxalq səviyyəli konqreslər təşkil edib. Bunlardan biri də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr edilmiş II Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumu olub.

Xatırladaq ki, N.Abdullayev apardığı digər elmi tədqiqatlarla müasir tibb sahəsində bir sıra yeniliklərə imza atıb. Onun COVID-19-la bağlı apardığı növbəti elmi tədqiqat dünyanın ən nüfuzlu radioloji təşkilatı olan Amerika Radiologiya Cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Həmin tədqiqat noyabr ayından videoformatda keçiriləcək dünyanın ən böyük və nüfuzlu radioloji konqresi üçün elmi məruzə kimi qəbul edilib.

Alim virusun öyrənilməsi, xəstəliyin ayrı-ayrı insanlarda dəqiq proqnozu və kliniki gedişi barədə bir neçə elmi tədqiqat işini tamamlayıb. Onlardan biri Avropanın nüfuzlu elmi jurnallarından olan “European Journal of Radiology”a elmi tədqiqat kimi rəsmi olaraq qəbul edilib.

O, həm də COVID-19-la bağlı dünya elminə mühüm elmi tədqiqatlar və tutarlı elmi nəticələr təqdim edən ilk azərbaycanlı alimdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır