Yuliya Timoşenko koronavirusdan sağalıb
11.09.2020 18:57

Ukraynanın “Batkivşina” partiyasının lideri, Ali Radanın deputatı Yuliya Timoşenkonun koronavirusdan son testi neqativ nəticələnib.

Aztibb.az "Ukrinform" agentliyinə istinadla xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka özünün “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Yuliya Timoşenko özünü xeyli yaxşı hiss edir, lakin xəstəliyin nəticələri hələ də özünü göstərir.

 

“Ağ ciyərlərin iltihabı hələ davam edir, lakin müalicə uğurla aparılır. Yuliya Timoşenko yaxın zamanlarda normal həyatına qayıdacaq”, - deyə Marina Soroka bildirib.

 

Qeyd edək ki, avqust ayının 23-də Yuliya Timoşenkonun koronavirusa yoluxduğu məlum olmuş və o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt yerli KİV-lər siyasətçinin süni nəfəs aparatına qoşulduğu barədə məlumat yaymışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır