Kremləri dərimizə necə tətbiq etməliyik? - Həkim-kosmetoloqdan MƏSLƏHƏTLƏR
11.09.2020 17:55

Kosmetik vasitələrin dozasının düzgünlüyündən və düzgün yerinə yetirilməsindən asılı olaraq müxtəlif effektlərə malik ola bilər.

 

Aztibb.az xəbər verir ki, bunu həkim-kosmetoloq Leyli Məmmədova kremlərin düzgün istifadə texnikası və dozasından danışarkən deyib.

 

O, bildirib ki, üz və boğaz nahiyəsi üçün NƏMLƏNDİRİCİ krem 2 fıstıq həcmində olmalıdır:

 

İstifadəsi: nəmləndirici vasitəni istifadə etdikdən öncə üzünüzü təmizləyin. Bundan sonra yüngül masaj hərəkətləri ilə azca nəm dəriyə bir fıstıq həcmində kremi yeridin. İkinci hissəni boğaz və dekolte zonasına istifadə edin. Yadda saxlayın: gündüz kremi bayıra çıxmazdan yarım saat əvvəl vurulmalıdır, gecə kremi isə 1,5 saat əvvəl.

⠀

GÜNƏŞ ŞUALARINA qarşı krem 1 üzüm giləsi həcmində olmalıdır:

 

İstifadəsi: əl, üz və boğaz nahiyələrinə çəkin. Krem günəşin aktivliyindən, tərləmə dərəcəsindən asılı olaraq 2 saatdan sonra təkrar istifadə oluna bilər.

 

GÖZƏTRAFI krem 1 noxud həcmində olmalıdır:

 

İstifadəsi: kremin ¼-ni götürün və gözün alt qapağına gözün kənarından içəriyə doğru çəkin. Gözün üst qapağına isə ¼ hissəni əks tərəfə, içəridən gözün kənarına doğru çəkin. Vacib məqam: dəriyə onu dartmadan öncə yüngülcə toxunun. Gözətrafı kremlər yatmazdan 1,5-2 saat öncə çəkilməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub