İsmayıllıda maarifləndirici tədbir keçirilib   
15.04.2022 17:03
Səhiyyə Nazirliyi İctimai-Səhiyyə İslahatlar Mərkəzi (İSİM) ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq birgə əməkdaşlıq çərçivəsində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirir. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq 15 aprel 2022-ci il tarixdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Selektiv abortlar və erkən nikahlar. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
 
İSİM-in həkim-metodisti Zümrüd Kazımova mövzu üzrə təqdimatla çıxış edərək, reproduktiv sağlamlığın əsas amillərindən söz açıb. O, fərdi gigiyena qaydaları, ailə planlaşdırılması barədə tədbir iştirakçılarını məlumatlandırıb.
 
Daha sonra İSİM-in həkim-metodisti Pərvin Quliyeva hamiləliyin süni surətdə pozulmasının qadınların reproduktiv sağlamlığına, psixoloji durumuna göstərdiyi mənfi təsirindən danışıb və cinsindən asılı olmayaraq sağlam uşaqların doğulmasına diqqət yetirməyin vacibliyini vurğulayıb.
 
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır