Böyük Britaniyada 74 uşaqda baş verən qaraciyər iltihabının səbəbi araşdırılır  
15.04.2022 10:00

Böyük Britaniyada əksəriyyəti 6 yaşdan aşağı olan 74 uşağa hepatit - qaraciyərin iltihabı diaqnozu qoyulub. Mütəxəssislər bu problemə adenovirusun səbəb olacağını deyir, lakin COVID ehtimalını da istisna etmirlər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) valideynlərə xəbərdarlıq edir ki, uşaqlarda sarılıq kimi simptomlara diqqət yetirsinlər.

 

Aztibb.az BBC-yə istinadla bildirir ki, azyaşlı uşaqlarda hepatit hallarının qeyri-adi artımının ilk əlamətləri ötən həftə Şotlandiyada görülüb. İngiltərədə 49, Şotlandiyada 13, Uels və Şimali İrlandiyada 12 hepatit hadisəsi qeydə alınıb.

 

UKHSA-nın rəsmisi professor Meera Chand bildirir ki, uşaqların qaraciyər iltihabı ilə xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bir neçə mümkün faktor araşdırılır. “Tədqiq etdiyimiz mümkün səbəblərdən biri onun adenovirus infeksiyası ilə əlaqəli olmasıdır. Lakin biz digər səbəbləri də geniş şəkildə araşdırırıq”,- deyə professor bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib