"Həkimlərimizi tanıyaq!" - Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yeganə otolarinqoloqu CAVANŞİR ƏLİYEV
15.04.2022 10:33

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışında "Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin həkim-otolarinqoloqu Cavanşir Əliyev haqqında məlumatları diqqətinizə çatdırırıq. 

 

Cavanşir Mehdi oğlu Əliyev 27 yanvar 1957-ci ildə Ağdaş rayonunda anadan olub. 1974-1980-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. 1982-ci ildə Rusiya Federasiyasının Leninqrad şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda "burun-boğaz-qulaq" ixtisası üzrə təkmilləşdirmə kursu keçib. O, 2001-ci ildən mütəmadi olaraq kurslarda iştirak edərək bu sahə üzrə təcrübəsini artırıb.

 

Cavanşir Əliyev 2011-2016-cı illərdə Türkiyə Cümhuriyyətinin Marmara Tibb Universitetinin Burun, boğaz, qulaq xəstəlikləri kafedrasında ixtisas kursu keçib.

 

O, 1981-ci ildən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında həkim-otolarinqoloq kimi fəaliyyət göstərir.

 

Qeyd edək ki, hazırda Cavanşir Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının yeganə otolarinqoloqudur. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır