Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Şahbuzda tibbi aksiya təşkil edib
13.04.2022 17:32

Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin ödənişsiz tibbi xidmət aksiyasının növbəti ünvanı Şahbuz rayonu olub.

 

Şahbuz Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət ediliblər. Diaqnostika Müalicə Mərkəzinin 12 nəfərdən ibarət həkim heyəti tərəfindən 123 nəfər pulsuz, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, təmənnasız cərrahi tibbi müayinə və digər tibbi xidmətlərdən yararlanıb.


Terapevtik, kardioloji, rentgenoloji, laborator, stomatoloji, nevroloji və digər müayinələrdən keçənlərə tibbi yardım göstərilib, müvafiq təyinat və məsləhətlər verilib. Aztəminatlı ailədən 1 uşaq sünnət olunub. Şəhid ailəsindən olan 1-ci qrup sağlamlıq imkanları məhdud 1 nəfər fizioterapiya müayinəsi, 3 nəfər isə digər müayinələr üçün stasionara dəvət edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır