Məktəbə getmədən öncə uşaqlar bu müayinədən keçməlidir
11.09.2020 11:44

Mərkəzi Gömrük Hospitalının oftalmoloqu Ülfət Cəfərova "Facebook" sosial şəbəkəsində “Məktəbdən öncə göz müayinəsi niyə vacibdir?” sualını cavablandırıb.

 

Həkim bildirib ki, uşaqlarda rast gəlinən göz xəstəlikləri vaxtında aşkarlandıqda müalicəsi də effektiv olur. Müayinə zamanı nə uşağın, nə də valideynin bilmədiyi, xəbərdar olmadığı patologiyalar ortaya çıxa bilər. Uşaqlar arasında daha çox miopiya, hipermetropiya, astiqmatizm kimi eynək tələb edən patalogiyalara, göz tənbəlliyi, gizli çəplik, anadangəlmə patologiyalara rast gəlinir.

 

O, qeyd edib ki, vaxtında aşkarlanmış refraksiya dəyişiklikləri eynəklə korreksiya olunmaqla, gözləri yüksək görmə ilə təmin edir və göz tənbəlliyinin qarşısı alınmış olur. Həmçinin, uşaqlıqda aşkarlanmış bəzi çəplik növləri əməliyyatsız uğurla müalicə olunur. Bəzən yaşıdlarından dərsdə geri qalan və ya yazı xəttində səliqəsizlik, əyriliklər olan uşaqların görməsi yoxlanılmalıdır. Belə ki, miopiya adlı refraksiya dəyişikliyi əsasən məktəb illərində yaranır:

 

"Miopiya xəstəliyinin qarşısının vaxtının alınması üçün mütəmadi olaraq müayinə edilməsi vacibdir. Distant formatda keçirilən tədris zamanı uşaqların gözünə daha çox yük düşür. Bunun üçün dərs saatları arasında fasilələr verilməli, uşağın otağı keyfiyyətli işıqlandırılmalı, monitordan aralılıq məsafəsi qorunmalı, yüngül idman hərəkətləri öyrədilməli və göz gimnastikası izah edilməlidir. Məktəblilər dərsdən sonra yaşıllıqda gəzməli və açıq havada çox vaxt keçirməlidirlər. Qida rasionunda qırmızı və sarı çalarlı meyvə-tərəvəzlərə, balıq, süd məhsullarına üstünlük verməlidirlər".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza