Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib
31.03.2022 23:14

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

 

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi anılıb.

 

Tədbirdə çıxış edən müəssisənin direktoru Emin İsmayılov deyil, bütün bəşəriyyətə qarşı ermənilərin törətdiyi ən ağır cinayətlərdəndir. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi bu vandalizm aktlarında on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Yüzlərlə şəhər və kəndlərimiz, milli memarlıq incilərimiz, məktəblər, xəstəxanalar və digər abidələrimiz dağıdılıb.

 

Qeyd edilib ki, bu dəhşətli soyqırımı aktına Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 

Daha sonra Terapiya şöbəsinin müdiri İsmayılova Esmira, Cərrahiyə şöbəsinin müdiri Samir Namazov, Fizioterapiya şöbəsinin müdiri Çingiz Həsənov çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır